Azərbaycan bankları dollar satışını 2 dəfədən çox azaldıb

9-09-2017, 00:08           

2017-ci ilin yanvar-iyul aylarında Azərbaycan bankları 764,7 milyon dollar satıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azdır.

Trend-in məlumatına görə, eyni dövr ərzində müştərilər nağd şəkildə 12,09 milyon funt sterlinq, 158,63 milyon avro və 1,37 milyard rubl əldə edib. Banklar tərəfindən dolların alınmasında da eyni vəziyyət qeydə alınıb. Belə ki, bu ilin ilk 7 ayı ərzində banklar 829,11 milyon dollar alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə azdır.

Azərbaycan Mərkəzi Bankının hesabatında qeyd edilir ki, banklar yeddi ay ərzində 3,75 milyon funt sterlinq, 114,93 milyon avro və 7,48 milyard rubl əldə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru