Britni Spirs nişanlandığını elan etdikdən sonra “Instagram” hesabını silib - FOTO

16-09-2021, 07:53           
Britni Spirs nişanlandığını elan etdikdən sonra “Instagram” hesabını silib - FOTO
Amerikalı pop müğənni Britni Spirs sevgilisi Sem Əsgəri ilə nişanlandığını elan etdikdən sonra “Instagram” hesabını silib.

Hazırda məşhurun sosial şəbəkədə ​​profilinə baxmaq mümkün deyil, ora daxil olanda “Üzr istəyirik, bu səhifə əlçatmazdır” mesajı görünür.

Amerikalı pop-ulduz “Instagram” hesabını silmək qərarını bir az fasilə götürmək istəyi ilə izah edib.

“Uşaqlar narahat olmayın... Nişanımı qeyd etmək üçün sosial mediadan bir az ara verirəm!!! Tezliklə qayıdacağam”, - deyə o bildirib.

Ancaq bəzi istifadəçilər müğənninin hesabı özü sildiyinə inanmayıb və bildiriblər ki, bunsuz da ara vermək olardı. Pərəstişkarları Spirsdən qərarını canlı yayımda açıqlamasını istəyiblər.

Qeyd edək ki, ifaçının sosial şəbəkədə 34 milyondan çox izləyicisi var idi.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru