Nisə Qasımova: “Keçmişə qayıtmaq şansım olsaydı...” - VİDEO

30-01-2024, 16:44           
Nisə Qasımova:
Xalq artisti Nisə Qasımova açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

69 yaşlı sənətkar qonaq olduğu “Dəyişən cavab” verilişində karyerası boyunca həmkarlarından aldığı zərbələrdən söz açıb.

Qasımova bildirib ki, bu sənəti seçdiyinə görə peşmandır:

“Keçmişə qayıtmaq şansım olsaydı, bu sənətə gəlməzdim, müğənni olmazdım. Müğənni olduğuma görə kürəyimdən, ürəyimdən “vurulmuşam”. Allahım şahiddir ki, bütün vücudumda iliklərimə qədər o yaralar, izlər getmir. Gücüm də ondan ibarətdir ki, insan döyülər də, söyülər də, onu alçaldıb, ucaldarlar da... Sən o içindəki “səni” niyə aşağı salıb, aşağılayırsan? Axı, sən güclüsən...”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru