Oğlu əlindən alınan, evində ölü tapılan, aktrisa olmasa da film, tamaşalarda rol alan Ofeliya Məmmədzadə

Bu gün, 07:14           
Oğlu əlindən alınan, evində ölü tapılan, aktrisa olmasa da film, tamaşalarda rol alan Ofeliya Məmmədzadə
Oğlu əlindən alınan, evində ölü tapılan, aktrisa olmasa da film, tamaşalarda rol alan Ofeliya Məmmədzadə barədə maraqlı faktlar: Onun aktyorluq sənəti ilə əlaqəsi olmayıb. 15 yaşında məşhur aktyor Gündüz Abbasovla tanış olub, bir-birilərini seviblər. Ancaq Ofeliya xanımın yaşı nikaha düşmədiyindən yaşını üç il artıraraq ailə qurublar. Bu evlilikdən onların iki qızı, bir oğlu dünyaya gəlib. Lakin bir müddət sonra Ofeliya Məmmədzadə xəyanətlə üzləşir, ərinin dövrün məşhur aktrisalarından biri ilə sevgi münasibətinin olmasını eşidir və bunu qəbul edə bilməyib ondan ayrılır. O, azyaşılı oğlunu götürüb evini tərk edir. Sonradan Gündüz Abbasovun prokuror işləyən qardaşı uşağı aktrisadan hüquqi yolla alır. Gündüz Abbasovdan ayrılan aktrisa bir müddət sonra filmlərə çəkilməyə başlayır. İlk çəkildiyi film “Yenilməz batalyon” olur. Aktrisa filmdə Roza adlı xidmətçini canlandırır. Ofeliya xanım yalnız 1977-ci ildə İncəsənət Universitetinə daxil olur. Oranı bitirən kimi Akademik Milli Dram teatrına aktrisa kimi işə düzəlir. Gündüz Abbasovla yolları ayrılsa da o, rəhmətə gedəndə aktrisa onun dəfn mərasiminə gəlir, sonralar qayınanası ilə də ömrünün sonuna də ünsiyyətdə olur. Qayınanası rəhmətə gedəndə isə yas məclisinin ortasında hönkürtü ilə ağlayan bir qadın səsi eşidilir. Bu Ofeliya Məmmədzadə olur. Ofeliya xanımın qızı Dildar Bədirova: “Qızım xaricdən gəlmişdi. Anam üçün saat və bəzi hədiyyələr almışdı. Şənbə günü anama zəng vurub ona dedim ki, birinci gün sizə gəlib, hədiyyələrini gətirəcəm. Birinci gün nə qədər zəng vurdum, nə mobil, nə də ev telefonuna cavab verən oldu. Oğlumu yolladım. Məlum oldu ki, qapı ardından anamın iti hürür, amma qapını açan yoxdu. Oğlumla danışandan sonra özüm gəldim. Qonşunun eyvanına çıxıb anamın eyvanına boylandım. Anamın yataq otağının pəncərəsi onlardan görsənirdi. Diqqətlə baxanda bir əl gördüm. Əvvəl elə bildim səhv edirəm, nəsə gözümə görsənir. Ancaq diqqətlə baxanda gördüm ki, yox, əl anamın əlidir. Bir o yadımdadır ki, divara söykəndim. Və öz-özümə düşündüm ki, o, artıq ölüb. Qapını sındırmalarına icazə vermədim. Qardaşım kranla üçüncü mərtəbəyə çıxıb evə girdi. Anam uzanıqlı vəziyyətdə keçinməmişdi. Elə oturulu, söykənmiş vəziyyətdə qalmışdı. Əli də yanına düşmüşdü. Anamın ürəyi xəstə idi”.
Kulis az.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru