Azərbaycana idxal olunan badımcanın 1 kiloqramı neçəyə başa gəlir?
Bu gün, 09:38
2026-ci ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrdən 5 min 743,93 ton təzə və ya soyudulmuş badımcan idxal edib.
Valyuta.az xəbər verir ki, idxalın ümumi dəyəri 2 milyon 871 min 970 ABŞ dolları (2 871,97 min ABŞ dolları) təşkil edib.
Statistikaya görə, təzə və ya soyudulmuş badımcan əsasən İran və Türkiyədən gətirilib.
İrandan 5 min 719,08 ton badımcan 2 milyon 859 min 550 ABŞ dolları dəyərində idxal olunub. Bu ölkədən gətirilən məhsulun 1 kiloqramının orta idxal qiyməti 0,50 ABŞ dolları və ya 0,85 manat olub.
Türkiyədən isə 24,84 ton badımcan 12 min 420 ABŞ dolları dəyərində idxal edilib. Bu ölkədən gətirilən məhsulun 1 kiloqramının orta idxal qiyməti də 0,50 ABŞ dolları və ya 0,85 manat təşkil edib.
Beləliklə, həm idxalın həcminə, həm də dəyərinə görə əsas pay İranın üzərinə düşüb.