Bir Səttar Bəhlulzadə hekayəsi

Bu gün, 09:04           
Bir Səttar Bəhlulzadə hekayəsi
Bir dəfə rəssamlar üçün ziyafət təşkil olunur. Məclisin başında vəzifəli bir məmur oturur. Ayağa qalxıb badə qaldıran hər kəs həmin vəzifəli məmuru tərifləyir, şəninə xoş sözlər söyləyir, o da xoşallana-xoşallana iltifatları qəbul edir.
Məclisdəki yaltaq ab- hava tanınmış rəssam Səttar Bəhlulzadəni çox hövsələdən çıxarır, ayağa qalxıb deyir: “Tüpürüm sizin üzünüzə”.
Hər kəs çaş-baş qalır. Vəzifəli şəxs qızarıb-bozarır: - Səttar, bu nə sözdü dedin? Mən də burdayam e.
- Bilirəm. Hər kəsin üzünə ümumi tüpürüm, sənin üzünə personalnı…
İlqar Türkoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru