MİQ imtahanında texniki problem: Namizədlər üçün yeni tarix müəyyən edildi

Bu gün, 08:58           
MİQ imtahanında texniki problem: Namizədlər üçün yeni tarix müəyyən edildi
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, Balakən şəhər İmadəddin Nəsimi adına 2 nömrəli tam orta məktəbdə internet şəbəkəsində yaşanan texniki nasazlıq səbəbindən 41 namizəd imtahanı davam etdirə bilməyib.

"Yarandığı andan etibarən texniki nasazlıq operativ şəkildə araşdırılıb, növbəti günlərdə təşkil ediləcək imtahanların fasiləsizliyi təmin edilib.

Qeyd edək ki, sözügedən namizədlər üçün imtahan prosesi iyulun 18-də təşkil olunacaq. İmtahanın yenidən təşkilinə dair müvafiq bildiriş namizədlərin şəxsi səhifələrinə göndəriləcək", - deyə məlumatda əlavə edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru