"Deyirəm, gəl mən də səni qucaqlayım"

13-07-2024, 11:04           
"Deyirəm, gəl mən də səni qucaqlayım"
Əməkdar artist Mehriban Xanlarova ünvanına deyilən tənqidlərdən danışıb.
TEREF axşam.az-a istinadən bildirir ki, "O üz" verilişinə qonaq olan aktrisa küçəyə çıxanda bəzənməməsini ona irad bildirildiyini deyib:

"Efirdə necəyəmsə, mağazada da, küçədə də eləyəm. Hərdən mənə deyirlər ki, aktrisasan küçəyə çıxanda özünə bax. Deyirəm ki, nə edim? Məni tanıyan belə tanıyıb, sevən belə sevib. Nə geyinəcəyəm? Bəzənib-düzənib çörək almağa gedəcəyəm? Hələ bir yaylıq da çiynimə atacağam? Bəzən deyirlər ki, olar sizi qucaqlayım? Deyirəm, gəl mən də səni qucaqlayım. Bəzi dırnaqarası sənət adamları özlərini qaldırıb dağ başına qoyublar. Bizi sənətkar edən, tanıdan xalqdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru