Ledi Qaqa çoxdan gözlənilən etirafı etdi

30-07-2024, 18:24           
Ledi Qaqa çoxdan gözlənilən etirafı etdi
Amerikalı müğənni Ledi Qaqa (Stefani Cermanotta) beş ildir münasibətdə olduğu biznesmen Maykl Polanski ilə evlilik yolunda olduğunu təsdiqləyib.

Ulduz aktrisa bu barədə Fransa Baş naziri Qabriel Attal ilə söhbətində elan edib.

Bildirilib ki, müğənni ilə fransalı siyasətçinin söhbəti Olimpiya Oyunları çərçivəsində baş tutub. Ledi Qaqa sevgilisini təqdim edərkən onu nişanlısı adlandırıb.

Qeyd edək ki, sevgililər ümumi dostun məclisində tanış olublar. Bununla belə, müğənni rəsmi olaraq ictimaiyyətə bu münasibət haqqında məlumat verməyə tələsməyib. Stefani indi də şəxsi həyatı haqqında nadir hallarda şərh verir.

Bu ilin aprelində sosial şəbəkələrdə Ledi Qaqanın mümkün nişanlanması barədə aktiv müzakirələr başlayıb. Həmin vaxt paparatsiyalar müğənnini barmağında üzüklə çəkmişdilər. Müğənninin özü isə bu xəbərləri heç cür şərh etməmişdi.
Daily Mail















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru