Dayanacaqda samuray hücumu: "Power Rangers" filminin ulduzu axtarışa verildi

2-08-2024, 15:17           
Dayanacaqda samuray hücumu:
"Power Rangers" serialında "Yaşıl reyncer" rolu ilə tanınan aktyor kiçik Hektor Devid təqaüdçüyə hücuma görə axtarışa verilib.

Bu barədə "The Hollywood Reporter" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bir gün əvvəl ABŞ-nin Aydaho ştatının Nampa şəhərindəki dayanacaqda kiçik Devid 60 yaşlı kişi ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə sənətçi rəqibini itələyib. Xoşbəxtlikdən o, xəsarət almayıb.

Lakin bundan sonra təqaüdçünün başına nə gəldiyi Hektoru maraqlandırmayıb. Zərbədən dərhal sonra o, maşına minib qaçıb. Buna görə də indi Aydaho polisi onun həbsinə order verib. Kiçik Devid hər kəslə əlaqəni kəsib və hətta sosial şəbəkələrdəki profillərini silib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru