Hollivud ulduzları yeni filmdə bir araya gələcəklər

7-08-2024, 17:24           
Hollivud ulduzları yeni filmdə bir araya gələcəklər
Məşhur döyüşçü və aktyor Halk Hoqanın "Gawker" nəşrinə qarşı məhkəməsi haqqında film üzərində işlər başlanıb.

Championat.com xəbər verir ki, filmin rejissoru Qus Van Sent olacaq, əsas rolları isə Ben Afflek və Mett Deymon ifa edəcəklər.

Çox güman ki, Afflek Halk Hoqan obrazını canlandıracaq.

Hələlik çəkilişlərlə bağlı başqa təfərrüat yoxdur.

Qeyd edək ki, film güləşçinin iştirak etdiyi həvəskar pornonu yayımlayan bir nəşr haqqında real hekayədir. Buna cavab olaraq Hoqan jurnalı məhkəməyə verib və 100 milyon dollardan çox təzminat qazanaraq "Gawker"i bağlamağa məcbur edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru