Populyar cizgi filminin yeni bölümü hazırlanır

11-08-2024, 15:04           
Populyar cizgi filminin yeni bölümü hazırlanır
"Pixar" animasiya studiyası məşhur silsilənin yeni bölümü - "The Incredibles 3" cizgi filmi üzərində işlədiyini elan edib.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, şirkət qarşıdan gələn ekran əsərinin rəsmi loqosunu açıqlayıb.

Cizgi filminin süjeti, onu səsləndirən aktyor heyəti və rejissoru barədə təfərrüat hələlik gizli saxlanılır.

Xatırladaq ki, orijinal "The Incredibles" 2004-cü ildə, ikinci hissəsi isə 2018-ci ildə buraxılıb. Yeni hissənin premyerasının ya 2025-ci ilin sonu, ya da 2026-cı ilin əvvəlində olacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru