Ayanla Aysel arasında qalmaqal: - "Ağıllı olmaq lazımdır"

6-06-2015, 10:18           
Ayanla Aysel arasında qalmaqal: - "Ağıllı olmaq lazımdır"
Müğənni Ayan Babakişiyeva ilə Aysel Əlizadənin küsülü olduğu ortaya çıxıb.

Axşam.az-ın məlumatına görə, A.Əlizadə "5/5" verilişində həmkarının onunla aparıcı Zaur Kamalın arasını vurduğunu bildirib:

"Ay Zaur" verilişi Ayan Babakişiyevanı Gəncədə çəkərkən, mən də dəvət olunmuşdum. Amma Ayana demişdim ki, gələ bilməyəcəm. Aranı qatdı. Guya, mən əvvəl çəkilişə "hə" demişəm, sonra aldatmışam. Çörək kəsdiyim insanın əməyin tapdalamıram. O insanla çörək kəsmişdim. Sabah da üz-üzə gələcəyik. Mənim çörəyimi tapdalayana salam da vermirəm".

A.Babakişiyeva Ayselin ittihamlarına sərt cavab verib:

"Ayselin çıxışını izlədim. Çox aqresiv idi. Onun üçün Ayan adını çəkmək şərəfdir. Allah ağıl versin. Sözügedən çəkiliş mənim şəxsi verilişim deyildi. Burada "Xəzər" telekanalının və Zaur Kamalın adı var idi. Gərək etiraz etməzdi. Deyir, mənim çörəyimi tapdalayır. Sən mənim evimdə çörəyimi kəsmisən. Ağıllı olmaq lazımdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]