“Bəlkə də kinomuz 1993-cü ildə böhrana uğramasaydı, heç ailə qurmazdım."

4-11-2025, 12:54           
“Bəlkə də kinomuz 1993-cü ildə böhrana uğramasaydı, heç ailə qurmazdım."
Xalq artistimiz Həmidə Ömərova: “Bəlkə də kinomuz 1993-cü ildə böhrana uğramasaydı, heç ailə qurmazdım. Buna vaxtım yox idi. Bir gün Bakıda çəkilirdim, bir gün Şəkidə, bir gün İranda. Qəribədir ki, mən sevib ailə qurdum. Bakıya qayıdandan bir müddət sonra yoldaşımla tanış oldum. Onun öz aləmi vardı. Yeganə kişi idi ki, bir qadın kimi onu qətiyyən maraqlandırmırdım. Qarşıma məqsəd qoydum ki, onu özümə cəlb edəcəm. Çox quru adam idi. Sonra yavaş-yavaş ünsiyyətimiz yarandı. Qəribə adam idi, açığı, mən onu heç vaxt başa düşmədim. Onun sevgi etirafı da qəribə oldu. Həmin gün möhkəm yağış yağırdı. Mən də hər dəfə naharda çıxıb evə gedirdim. Çıxdım bayıra, gördüm dayanıb yağışın altında… Düz 45 dəqiqə saxladı məni, ordan-burdan danışdı, nahara da gecikdim. Sağollaşıb qayıtmaq istəyirdim ki… bircə kəlmə dedi: “İstəyirəm səni”. Çönüb baxdım. Gördüm yağışdan elə islanıb ki… Mən ona inandım. Nəticəsi o oldu ki, bu gün o məhəbbətin bəhrəsi olan yaraşıqlı bir oğlumuz var”.
Anar Tağıyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]