Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir

6-11-2025, 08:26           
Xalq artistinin biznesi təhlükədə:
Rusiyanı tərk edən məşhur müğənni, SSRİ Xalq artisti Alla Puqaçova eksklüziv hüquqlarını yeniləməsə, gələn ilin aprelində “Kristina” ticarət markasını itirmək riski ilə üzləşəcək.

TEREF Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Rospatent” elektron məlumat bazasında qeyd olunub.

Puqaçovanın qızı - müğənni və aktrisa Kristina Orbakaitenin adını daşıyan bu ticarət nişanı ilk dəfə 1997-ci ildə qeydiyyata alınıb. Müğənni əmtəə nişanının müddətini bir neçə dəfə uzadıb, sonuncu dəfə isə 2016-cı ildə qeydiyyat yenilənib. Onun qüvvədə qalma müddəti 25 aprel 2026-cı ilə qədərdir.

“Kristina” markası altında geyim və baş geyimləri istehsal edilə, eləcə də spirtli içkilər, tütün və digər məhsullar satıla bilər. Bundan başqa, şirkət səyahətlərin təşkili və təhsil xidmətləri göstərmək hüququna da malikdir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]