Sekulyar Qərb də, dindar Şərq də fetişləşdirilmiş nəsnənin uğursuzluğunu ağlaşmaqla qeyd edir. Məzmun eynidir, forma fərqli.
Bu gün, 15:27

Şərqdə geniş xalq kütlələri hələ də fetişləşdirdiyi şəxslərin ölümünə göz yaşı tökür, Qərbdə də, məsələn, futbol fetişizminə yoluxdurulmuş sekulyar cəmiyyətlər top sayında uduzanda ağlaşırlar.
Sekulyar Qərb də, dindar Şərq də fetişləşdirilmiş nəsnənin uğursuzluğunu ağlaşmaqla qeyd edir. Məzmun eynidir, forma fərqli.
Ağıl çağında bu nə cəhalət, bu nə səfalət? Ağıl çağı gözlənilənin əksinə, insanları ağıllandırmadı, tam əksinə, ağlın, zəkanın dinamikası ilə ayaqlaşa bilməyən milyardlarla insanı ruhdan salıb cürbəcür cəhalət obyektlərinə sığınmağa məcbur etdi.
Ortaçağ kütlələri fetişləşdirilib müqəddəsləşdirilmiş hansısa varlıqla cahilləşdirilirdi, çağımızın kütlələri fetişləşdirilmiş Messi, Ronaldo kimi furbolçularla cahilləşdirilir.
Mübahisələrin, müzakirələrin, hətta bəzən qətllərin mövzusu Ortaçağda mistik idi, bu gün gimnastikdir.
Çağın adı nə olur-olsun, kütlələrə həmişə baş qatmaq üçün fetişləşdirilmiş varlıqlar lazım olacaq. Və bu fetişləri həmişə ağıllı adamlar yaradacaqlar.
Dinin özünü də dövrünün ağıllı adamları ağılsız kütlələri üçün icad etmişdi.
Demək istədiyim odur ki, cəhaləti yaradan ağılsızlıq deyil, ağıldır. Ağılsızlıq cəhaləti yaşadandır.
İnsanın beyninin olması onun ağlının olması anlamına gəlməz. Beyin bütün canlılarda var, ağıl isə nadir canlılarda müşahidə olunur.
Игидай Дадашов