KİV: Çində elektromobillər yanacaqla işləyən avtomobillərdən daha tez-tez dəyişdirilir
Bu gün, 15:18
Çində elektromobil sahibləri avtomobillərini daxili yanma mühərriki olan nəqliyyat vasitələrinin sahiblərindən daha tez-tez dəyişirlər.
Bu barədə "China Press" qəzeti Çin Avtomobil İstehsalçıları Assosiasiyası və "Hejun Consulting" şirkətinin birgə hesabatına istinadən məlumat yayıb.
Araşdırmanın nəticələrinə görə, Çində elektromobillərin orta yaşı 1.8 il, yanacaqla işləyən avtomobillərin orta yaşı isə 8.2 ildir.
Hesabat müəllifləri bu tendensiyanı texnologiyaların sürətli inkişafı ilə izah edirlər. Onların sözlərinə görə, iki və ya üç il əvvəl istehsal olunan modellər yürüş ehtiyatı, enerji yükləmə sürəti və hesablama imkanlarına görə artıq yeni modellərdən nəzərəçarpacaq dərəcədə geri qalır. Bu isə sahiblərin avtomobili daha tez dəyişmək qərarı verməsinə səbəb olur.