Almaniyalı naziri əməliyyat edib, əvəzinə müharibə vaxtı Azərbaycana 40 milyonluq yardım alan Ağabəy Azərbaycani.

Bu gün, 15:44           
Almaniyalı naziri əməliyyat edib, əvəzinə müharibə vaxtı Azərbaycana 40 milyonluq yardım alan Ağabəy Azərbaycani.
40 ildən artıqdır xeyriyyəçiliklə məşğul olan Ağabəy Azərbaycani 1988-ci ildən 2008-ci ilədək Vətəni üçün humanitar yardım sahəsində xeyli işlər görüb, Qarabağ döyüşlərində ağır yaralanan, qaçqın və məcburi köçkünlər arasında yüzlərlə insanı əməliyyat edib. Onların bir çoxunun əməliyyatını, bütün vəsaiti öz üzərinə götürərək İranda, Almaniyada edib, həmkarı professor Harmen Fon Lessonla birgə. Ağabəy Azərbaycaninin təşəbbüsü ilə Almaniya Cərrahlar Cəmiyyətinin sədri Nort Rayn Vestfalen 60 dəfə Azərbaycana səfər edib, burada əməliyyatlar aparıb.
4 yaşında məktəbə gedib. 17 yaşında bakalavr dərəcəsini alıb. 15 yaşında orta təhsili ilə bərabər İrandakı Amerika ordusunda tərcüməçi işləyib. Daha sonra 1957-ci ildə Amerika Birləşmiş Ştatlarına tibb sahəsində təhsil alıb. 1972-ci ildə travmatologiya üzrə cərrah kimi mütəxəssisləşib. 2008-ci ildə dayısı Cavad Heyətin tövsiyəsi ilə peşəkar, savadlı tibbi kadrlar hazırlamaq məqsədilə o zaman fəaliyyət göstərən Beynəlxalq Universitetin klinikasını yaratdı. Buraya Almaniya və Amerikadan 4 milyon dollarlıq tibbi avadanlıq gətirildi. Ağabəy Azərbaycani indiyədək 200-dən artıq azərbaycanlı tələbənin Almaniyada təhsil almasına köməklik göstərib.
1988-ci ildə Almaniyanın Solingen şəhərində Leyla Şərifova ilə birlikdə Azərbaycanın ilk diaspor konsertini təşkil edib. Bundan sonra Zeynəb Xanlarova, Lütfiyar İmanov, Adil Bağırov, Fidan və Xuraman Qasımovalar, Cavanşir Məmmədov kimi sənətkarlar ilə daha 8 konsert təşkil edib. 1993-cü ildə Ağabəy Azərbaycani Almaniyanın daxili işlər nazirinin ürəyində uğurlu cərrahiyyə əməliyyatı aparır. Nəticədən razı qalan nazir öz xilaskarına Azərbaycana 40 milyon dollar həcmində humanitar yardım aparmasına kömək edir. Bundan sonrakı illərdə də Azərbaycana ardı-arası kəsilmədən yardım karvanları gətirilir.
Sabah Ağabəy Azərbaycaninin 87 yaşı tamam olur.
Anar Tağıyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru