Azərbaycanın məşhur meyxanaçısı Rusiyada qadın bıçaqlayıb? - Dostu danışdı

6-11-2025, 17:12           
Azərbaycanın məşhur meyxanaçısı Rusiyada qadın bıçaqlayıb? - Dostu danışdı
“Bu söz-söhbətlərin haradan, necə yarandığını bilmirik. Ayıbdır axı. Özüm də bayaq Vahidlə əlaqə saxladım, danışdıq bu şaiyələr haqqında”.

“Yeni Sabah”a açıqlamasında meyxanaçı Mehman Əhmədli dostu, meyxanaçı Vahid Qədimin Rusiyada birgə yaşadığı qadını bıçaqlaması barədə yayılan məlumatlarla bağlı danışarkən deyib.

O bildirib ki, bunlar hamısı əsassızdır:

“Vahid uzun illərdir Rusiyada yaşayır. Orada öz işi ilə məşğuldur. İnsanlar çox boş və bekardılar. Ona görə də ürəklərindən nə keçirsə, yazırlar. Ayıbdır. Özü də bayaq deyir ki, heç o qadın kimdirsə, tanımır. Hardan tapırlar, necə düzəldirlər, bilmirəm. Özü də güman ki, bir azdan bu haqda açıqlama verəcək. Hər şey qaydasındadır. Öz işini orada davam etdirir. Belə əsassız şeyləri yazmaq düzgün addım deyil”.

Qeyd edək ki, sosial mediada meyxanaçı Vahid Qədimin Rusiyada birgə yaşadığı qadına 16 bıçaq zərbəsi vurduğu ilə bağlı iddialar yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]