Maykl Cekson altı onillik ərzində mahnıları "Top-10"a düşən ilk sənətçi oldu

12-11-2025, 17:27           
Maykl Cekson altı onillik ərzində mahnıları "Top-10"a düşən ilk sənətçi oldu
Maykl Cekson tarixdə altı onillik ərzində "Billboard" çartının ilk onluğuna düşən ilk sənətçi olub.

Oxu.Az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Rekord onun məşhur "Thriller" mahnısının bu ilin oktyabr ayında "Billboard" siyahısına yenidən daxil olmasından sonra qeydə alınıb.

Qeyd edək ki, Ceksonun "Got to Be There" mahnısı ilk dəfə 1971-ci ilin noyabrında siyahıya daxil olub. Karyerası ərzində müğənninin 30 mahnısı "Billboard"un ilk onluğunda yer alıb, onlardan 13-ü birinci yerə yüksəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]