Los-Ancelesdə (ABŞ) "Jumanji 3" filminin çəkilişləri başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə filmin baş rol ifaçısı Dveyn Conson sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, ekran əsərinin premyerası 11 dekabr 2026-cı ilə planlaşdırılıb.
"Bütün heyətin yenidən bir araya gəlməsi heyrətamizdir. Gülməkdən çənələrimiz ağrıyır. Hamımız bu sevinc və əyləncəyə nə qədər darıxdığımızdan danışdıq. Gəlin, yaxşı bir film çəkək", - Conson qeyd edib.
Filmin süjeti hələlik açıqlanmayıb.
Xatırladaq ki, Robin Uilyamsın baş rolda oynadığı orijinal "Jumanji" filmi 1995-ci ildə nümayiş olunub və böyük uğur qazanıb. İkinci hissə isə 2017-ci ildə ekranlara çıxıb.