Hər kəs onu sevdiyini bildirib, şəkil çəkdirirdi.

4-06-2026, 00:07           
Hər kəs onu sevdiyini bildirib, şəkil çəkdirirdi.
Xalqın içərisində olan adam idi. Yaxınları xəstəliyi ilə bağlı onu İrana müalicəyə aparıbmış.
Yaxınları bir də görür ki, otelin qarşısında nə qədər pərəstişkar gəlib. Eşidirlər ki, Ələsgər Məmmədoğlu İrandadır, sevinərək otelə gəliblər.
"Bəyin oğurlanması" filmindəki "Ay Ələsgər" səsini maşınlara siqnal əvəzi qoymuşdular. Bilirdilər ki, harada yaşayır, onun yaşadığı binanın qarşısından keçəndə bilərəkdən həmin siqnalı səsləndirirdilər.
Bir dəfə də taksiyə minib. Sürücü həmin siqnalı verib. Aktyor irad tutur ki, niyə qəfil siqnalı verib, insanları qorxudursunuzz?
Sürücü deyib ki, o siqnala 300 manat pul vermişəm. Ələsgər Məmmədoğlu zarafatca deyir ki, mənə 150 manat verərdiniz sizin üçün deyərdim də".
Anar Tağıyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru