Məşhur aktyor məhkəmədə qalib gəldi: Onu polislə qorxudan şəxsə AĞIR CƏZA
4-06-2026, 08:24

Məşhur "GTA V" oyununda Maykl De Santa obrazını canlandıran tanınmış aktyor Ned Lyuk, onun ünvanına dəfələrlə saxta xüsusi xidmət orqanları (svattinq) çağıran şəxs barəsində məhkəmə hökmünün oxunduğunu bəyan edib.
32gun.az xəbər verir ki, Aktyor özünün "X" (keçmiş Twitter) sosial şəbəkə hesabında ABŞ Federal Məhkəməsinin təqsirləndirilən şəxsi 4 il müddətinə azadlıqdan məhrum etdiyini bildirib. Verilən məlumata görə, həmin şəxs həbsdən çıxdıqdan sonra da 3 il müddətinə ciddi nəzarət altında saxlanılacaq və dövlətə 200 min dollar məbləğində federal məhkəmə rüsumu ödəyəcək.
Ned Lyukun paylaşdığı ABŞ Kolumbiya Dairə Məhkəməsinin rəsmi sənədlərinə əsasən, məhkəmə iclası hələ may ayında baş tutub və müttəhim öz təqsirini tamamilə etiraf edərək hökmdən şikayət etmək hüququndan imtina edib. Aktyor həmçinin qeyd edib ki, təqsirləndirilən şəxs istintaqla sövdələşməyə gedərək hüquq-mühafizə orqanlarına bu cür kiber-cinayətlərlə məşğul olan digər şəxslər barədə də mühüm məlumatlar ötürüb. Son illərdə dəfələrlə bu növ qorxulu zarafatların qurbanı olan və evinə əsassız yerə xüsusi təyinatlı polislər göndərilən Ned Lyukun statusu o həddə çatmışdı ki, 2025-ci ilin sonuna olan məlumata görə, yerli polis əməkdaşları artıq aktyoru şəxsən tanıyır və çağırışların saxta olduğunu öncədən bilirdilər.

