Ərdoğandan Trampa: “Sən kimin ərazisini kimə verirsən?”

27-03-2019, 10:29           
Ərdoğandan Trampa: “Sən kimin ərazisini kimə verirsən?”
ürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mübahisəli Colan Təpələrini İsrail ərazisi kimi tanıyan amerikalı həmkarı Donald Trampı tənqid edib.

Teleqraf.com xəbər verir ki, Ərdoğan ABŞ prezidentini beynəlxalq hüquq normalarını pozmaqda günahlandırıb.

O, Colan Təpələrinin Suriya ərazisi olduğunu bildirib:

“Ayın 9-da İsraildə seçkilər keçiriləcək. Buna görə də, Tramp Netanyahunu Amerikaya çağırır və Colan Təpələri ilə bağlı sənədə imza atır. Sən kimin ərazisini Netanyahuya verirsən?

BMT-nin 1967-ci ildə qəbul etdiyi qərarı var. Həmin qərara görə, Colan Təpələri Suriya ərazisidir. Necə ola bilər ki, sən bu əraziləri İsrailə peşkəş verirsən?”

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp mübahisəli Colan Təpələri bölgəsini İsrailin ərazisi kimi tanıyan sənədi imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru