Azəriqaz-ın kadr siyasətində suallar cavablardan çox olanda...!!!!!- NARAZILIQLAR ARTIR

Bu gün, 00:11           
Azəriqaz-ın kadr siyasətində suallar cavablardan çox olanda...!!!!!- NARAZILIQLAR ARTIR
Kadr siyasətində suallar cavablardan çox olanda...!!!!!
Regional Qaz İstismarı İdarələrinin birində maraqlı bir təyinat baş verib. Vaxtilə eyni vəzifə üçün keçirilən imtahandan uğur qazana bilməyən bir şəxs, aylar sonra yenidən boşalmış xidmət rəisi vəzifəsinə gətirilib.
Sual yaranır: Niyə?
Həmin xidmətdə uzun illər çalışan, işi bilən, davamçı ola biləcək mühəndislər olduğu halda bu seçim hansı meyarlara əsasən edilib?
Daha maraqlısı isə odur ki, yeni təyin olunan xidmət rəisinin vəzifəyə gəldikdən qısa müddət sonra bankdan kredit götürdüyü deyilir.
Burada da növbəti sual ortaya çıxır: Niyə?
Əgər hər şey qaydasındadırsa, qərarlar şəffafdırsa və təyinat peşəkarlığa əsaslanırsa, bu qədər "niyə" sualının yaranmasına səbəb nədir?
Şəffaf idarəçilikdə suallar cavabsız qalmamalıdır. Çünki cavabsız qalan hər "niyə" kollektivdə inamı yox, şübhəni artırı
Mirvari Gahramanli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru