Bakıda tutulduğu deyilən türk diplomatla bağlı rəsmi açıqlama

1-06-2015, 18:35           
Bakıda tutulduğu deyilən türk diplomatla bağlı rəsmi açıqlama
"Azərbaycanda akkreditasiyadan keçmiş heç bir türk diplomat nümayəndəsi persona non-qrant elan edilməyib".

Bunu ANS PRESS-ə açıqlamasında Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri hikmət Hacıyev söyləyib. Nazirlik rəsmisi yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.

Xatırladaq ki, Azərbaycanın Gürcüstanla sərhədində türk diplomatın saxlanıldığı deyilir. Bu barədə Türkiyənin "Taraf" qəzeti məlumat yayıb. İddiaya görə, Türkiyənin Bakıdakı səfirliyinin O.A. adlı əməkdaşı diplomatik nömrə nişanlı avtomobillə Gürcüstandan Azərbaycana daxil olub. Bu zaman onun avtomobilində yüzlərlə yeşik qaçaq siqaret aşkar edilib.

Məlumata görə, guya həmin personal haqqında Azərbaycan tərəfi müvafiq tədbir görüb və onu persona-non qrata elan edib. Türkiyə tərəfi isə səfirliyin işçisini XİN sistemindən kənarlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]