TANIYAQ: ABŞ və Türkiyənin tanınmış alimləri olan azərbaycanlı bacılar.
22-10-2025, 09:04
Solda ABŞ-nin alimi Qəmər Ağaoğlu, sağda bacısı, Türkiyənin alimi Dilşad Elbrus. Qəmər xanım (1903-1984) Şuşada anadan olub. Bolşevik işğalından az sonra Qəmər anası Xeyransa, bacıları və qardaşı ilə birlikdə Türkiyəyə mühacirət edirlər. Qəmər Ağa-Oğlu 80-ci illərə qədər ABŞ muzeyçiliyi tarixində yeganə qadın mühafiz olaraq qalmaqda idi. Muzeydəki işi ilə bir sırada pedaqoji sahədəki fəaliyyətini də davam etdirmişdi. Miçiqan Universitetinin Antropologiya fakültəsində müəllim, 1962-ci ildən həmin fakültədə, 1964-cü ildən isə İncəsənət tarixi bölümünün professoru idi. 1974-cü ildə 30 il çalışdığı Miçiqan Universitetindən təqaüdə çıxıb. Bacısı, professor Dilşad Elbrus (1915–1979) isə Türkiyədə atom fizikası üzrə ilk mütəxəssislərdən olub. Azərbaycan sovet Rusiyasının işğalı altına keçdikdən sonra atası Talıbxan bəyin bütün əmlakı müsadirə olunur, özü isə q*tlə yetirilib. Atası q*tlə yetiriləndə Dilşad xanım 5 yaşında idi. Türkiyədə atom fizikası sahəsində çalışan ilk qadın tədqiqatçı idi. İki kitabın və bir neçə elmi məqalənin müəllifidir. Anar Tağıyev TEREF