Çexiya sakini lotereyada fantastik məbləğdə pul uddu

Bu gün, 17:18           
Çexiya sakini lotereyada fantastik məbləğdə pul uddu
Çexiya sakini lotereyada ölkə tarixində ən böyük məbləğdə pul - 120 milyon avro udub.

Oxu.Az xəbər verir ki, bu barədə "İdnes" xəbər portalı məlumat yayıb.

Mənbə qeyd edir ki, ölkədə əvvəlki rekord 2015-ci ilin mayında qeydə alınmışdı. Həmin vaxt başqa bir yerli sakin təxminən 100 milyon avro qazanmışdı.

Mövcud qanunvericiliyə əsasən, lotereya təşkilatçıları iki ay ərzində bütün uduş məbləğini qalibin bank hesabına köçürməlidir. Qüvvədə olan qaydalara görə, uduşdan 10% yox, 15%-lik vergi tutularaq dövlət xəzinəsinə köçürüləcək. Bu isə öz növbəsində 437 milyon kron (təxminən 18 milyon avro) təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru