Qarabağ iqtisadi rayonuna neçə vətəndaş səfər edib?

8-01-2023, 10:44           
Qarabağ iqtisadi rayonuna neçə vətəndaş səfər edib?
Ötən il ərzində Qarabağ iqtisadi rayonuna 7841 nəfər vətəndaşın səfəri təşkil olunub.

Bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Twitter" hesabında bildirib.

Qeyd edilib ki, Xüsusi nümayəndəlik tərəfindən təşkil olunan səfərlərdə 3751 nəfər iştirak edib.

Onlardan 3054 nəfər Ağdama, 501 nəfər Tərtərə, 122 nəfər Xocavəndə və 74 nəfər Füzuliyə səfər edib.

"Yolumuz Qarabağa” marşrutları vasitəsilə təşkil olunan vətəndaş səfərləri zamanı ümumi 123 reys həyata keçirilib.

Ümumi sərnişin sayı 4090 nəfər olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru