Ukrayna Mərkəzi Kəşfiyyat İdarəsi: “Rusiya qoşunları Zaporojye AES-i hərbi logistik bazaya çevirir" - FOTO

25-05-2023, 09:38           
Ukrayna Mərkəzi Kəşfiyyat İdarəsi:
Rusiya qoşunları Zaporojye AES-i hərbi logistik bazaya çevirir.

Bu barədə Ukrayna Mərkəzi Kəşfiyyat İdarəsi məlumat verib.

Bildirilib ki, 1,2 və 4-cü enerji bloklarının yanında daim şəxsi heyət, zirehli texnika və yük maşınları olur və onların sayı durmadan artır. Rotasiya gizli şəkildə - komendant saatı zamanı baş verir. Bütün yük maşınlarının üzəri möhkəm örtülmüş halda olur. Onların içərisində sursat və partlayıcı maddələrin ola biləcəyi barədə məlumatlar var.

Bundan əlavə, rusiyalı hərbçilər növbədə olacaq işçilərin əraziyə daxil olmasına icazə vermirlər. Halbuki bu işçilər həftədə ən azı bir və ya iki dəfə enerji bloklarını yoxlamalıdırlar. Xidməti vəzifələrini yerinə yetirməyə cəhd edənlər isə rəşistlər tərəfindən döyülüb və işgəncələrə məruz qalıblar. Bir neçə ukraynalı nüvə alimi xəstəxanada ağır vəziyyətdədir.

Mənbə: İnsayder.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru