Hamburger və kolbasa kişi libidosunu öldürür – Uroloq

20-09-2023, 10:04           
Hamburger və kolbasa kişi libidosunu öldürür – Uroloq
Müasir kişilərin gündəlik qəbul etdiyi qidalar əsas cinsi hormone olan testosteronun hasilini azaldır.

“Medicina” xəbər verir ki, uroloq Aleksey Volkov kişilərə cinsi istəyi qidalardan uzaq durmağı tövsiyə edib.

“Kişi libidosunun düşməni duzdur. Duz hamburger, kartof, kolbasa, sosis, pivə ilə qəbul edilən qəlyanaltılarda çoxdur. Kişilər gündəlik 5 qramdan qat-qat artıq duz qəbul edir.

Məhz orqanizmdə duzun çoxluğu testosteron sintezini azaldır, spermə və ereksiyaya neqativ təsir edir.

İkinci düşmən ərzaq şəkərdor. O da insulin dozasını artırır, testosteronu basdırır.

Gündəlik maksimum şəkər norması 5 çay qaşığıdır.

Hisə verilmiş ət,pendir, kolbasada olan toksinlər kişi reproduktiv orqan və cinsi hormonlarına dağıdıcı təsir edir.

Hamburger, fast-fudda olan kimyəvi əlavələr, konservantlar xolesterini artırır, piylənmə yaradır, bu da potensiya ilə bağlı problem deməkdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru