Türkiyədə miqrant əməliyyatı: Azərbaycan vətəndaşı saxlanıldı

Bu gün, 00:13           
Türkiyədə miqrant əməliyyatı: Azərbaycan vətəndaşı saxlanıldı
Türkiyənin Çanaqqala vilayətində qanunsuz miqrasiyaya qarşı keçirilən əməliyyat zamanı 36 qanunsuz miqrant saxlanılıb, miqrantların daşınmasını təşkil etməkdə şübhəli bilinən iki nəfər, o cümlədən Azərbaycan vətəndaşı həbs edilib.

Sahil Mühafizəsi əməkdaşları Eceabat rayonu sahillərində qayıqda bir qrup qanunsuz miqrantın olduğunu müəyyən ediblər. Bundan sonra Çanaqqala İl Təhlükəsizlik İdarəsi, Qərbi Mərmərə Sahil Mühafizəsi Komandanlığının Kəşfiyyat Şöbəsi və Sahil Mühafizəsinin TCSG-16, TCSG-908 və KB-44 patrul katerlərinin iştirakı ilə əməliyyat keçirilib.

Əməliyyat zamanı saxlanılan qayıqda biri uşaq olmaqla Yəmən, İran, Sudan, Misir və İraq vətəndaşları olan 36 qanunsuz miqrant aşkarlanıb. Hüquq-mühafizə orqanları miqrantların qanunsuz daşınmasını təşkil etməkdə şübhəli bilinən İran və Azərbaycan vətəndaşı olan iki nəfəri də saxlayıb.

Qanunsuz miqrantlar barələrində müvafiq prosedurlar tamamlandıqdan sonra Ayvacık Miqrantların İlkin Qəbul və Yerləşdirmə Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru