Pul hər şeyi həll etmir
Bu gün, 00:02

İnsan bunu ən yaxşı həyatın ən ağır sınaqları ilə qarşılaşanda anlayır.
Dünya çempionu ola bilərsən.
Milyonlarla dollar qazana bilərsən.
Minlərlə insan səni alqışlaya bilər.
Amma övladının sağlamlığı qarşısında bütün bunlar bir anda mənasını itirə bilər.
Marc Cucurella saçlarını böyük oğluna görə uzadır. Ümid edir ki, autizm səbəbindən onu unutduğu anlarda bəlkə saçlarından tanıyar.
Bu, təkcə ata sevgisi deyil.
Bu, insanın övladı üçün hər şeydən keçməyə hazır olmasının ən səssiz ifadəsidir.
Həyatda uğurun ölçüsü nə puldur, nə şöhrət, nə də kuboklar.
Ən böyük xoşbəxtlik evə qayıdanda övladının səni tanıyıb boynuna sarılmasıdır.
Allah bütün uşaqlara şəfa, bütün valideynlərə isə səbir və güc versin.
Bəzən dünyanın ən varlı insanı da övladının bir təbəssümü qarşısında özünü tam aciz hiss edir.
Çünki valideyn sevgisinin ölçüsü nə pulla, nə də şöhrətlə hesablanır.
Marc Cucurella deyir ki, kaş mənim heç pulum olmazdı, amma oğlum sağlam böyüyəydi...

