Ətdən imtina insanı qəfildən öldürə bilər
10-10-2023, 12:29

Bəzi insanların heyvan mənşəli məhsullardan şüurlu şəkildə imtina etməsini onların səhhətinə də ziyan vurur.
Cebhe.info xəbər verir ki, tibb elmləri doktoru olan dietoloq Marqarita Koroleva vegetarian pəhrizin ciddi təhlükələri barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, orqanizm üçün B12, B6, B9 kimi B vitaminlərini tərəvəzlərdən almaq çətindir:
“Onların çatışmazlığı amin turşusu homosisteinin səviyyəsinin artmasına səbəb ola bilər ki, bu da öz növbəsində aterosklerotik damar zədələnməsi riskini artıra bilər”.
Qidalanma mütəxəssisi ət və digər heyvan mənşəli məhsulları istehlak etməyənlər üçün "damar fəlakətləri" proqnozlaşdırıb:
"İnsan ümumiləşdirilmiş ateroskleroz, insult, infarkt keçirə bilər".
Bu baxımdan o, radikal pəhrizlərə başlamazdan əvvəl mütəxəssislərdən məsləhət almağı məsləhət görür:
"Əgər insan vegetarian olmaq istəyirsə, onun genetikasını - homosistein qüsurlarının olub-olmadığını bilməlidir".

