Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Bu gün, 17:27

Rusiyada “Blak Spark” adlı gizli qrup prezident Vladimir Putini devirməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu sensasion iddia ilə İngiltərənin “Metro” saytı çıxış edib.
Sayt yazır ki, Putinə qarşı fəaliyyət göstərən “Blak Spark” adlı gizli müxalifət qrupu hakimiyyət dəyişikliyinin yalnız güc tətbiqi ilə mümkün olduğuna inanır. Qrup Rusiya daxilində orta sinif, biznes dünyasının təmsilçiləri, müharibə əleyhdarı olan fəallar, eləcə də hərbi təcrübəsi olan şəxslərdən ibarət gizli şəbəkə qurmağa çalışır.
Qrupun arxasındakı şəxsin Ukraynaya sığınaraq, Rusiyaya qarşı müharibəyə qoşulan “Gazprombank”ın keçmiş sədr müavini İqor Volobuyev olduğu deyilir. Volobuyev iddia edir ki, Rusiyada Putinə dəstək azalıb, siyasi elitada da inam itib.
“Blak Spark” fəaliyyəti ilə bağlı yaydığı bəyanatda Rusiya dövlətinə qarşı silahlı müqavimətə çağırış edib.
“Putinin fəaliyyətləri dialoq inancımızı yox etdi. Ədalət ancaq “Molotov kokteylləri” ilə təmin edilə bilər”, - çağırışda bildirilir.
Volobuyev də bildirib ki, Putin öz istəyi ilə hakimiyyətdən getməyəcək, onu ancaq zorla devirə bilərik.
Məlumata görə, “Blak Spark” qrupunun üzvləri arasında Rusiya dövlət qurumlarında təmsil olunanlar da var.

