ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Bu gün, 17:46

ABŞ-nin atəşkəs rejiminin şərtlərini dəfələrlə pozması Vaşinqtonun danışıqlar prosesində etibarsız tərəf olduğunu göstərir, İran istənilən təcavüzü cavabsız qoymayacaq.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
“ABŞ-nin terrorçu ordusu atəşkəs elan edildikdən sonra da qanunsuz və aqressiv hərəkətlərini davam etdirir. Xüsusilə son 48 saat ərzində İranın ticarət gəmilərinə qarşı dəfələrlə hücumlar həyata keçirərək Hörmüzqan vilayəti ərazisində atəşkəs rejimini pozub. Bu aqressiv addımların Pakistanın vasitəçiliyi ilə davam edən diplomatik proseslə eyni vaxtda baş verməsi ABŞ-nin hakim elitasının İran xalqına qarşı yenidən qeyri-səmimi və etibarsız olduğunu nümayiş etdirdi”, - bəyanatda deyilir.
İran XİN bütün nəticələrə görə məsuliyyəti ABŞ-nin üzərinə qoyub:
“Şübhəsiz ki, İran İslam Respublikası heç bir təcavüzü cavabsız qoymayacaq, ölkə və xalqı müdafiə etməkdə ən kiçik tərəddüd göstərməyəcək”.

