Biznes kreditləri portfeli son bir ildə 1,3 milyard manatdan çox böyüyüb
Bu gün, 16:44
Azərbaycanın kredit portfelinin əsas hissəsini təşkil edən biznes kreditlərinin həcmi aprel ayında 16 milyard 312,6 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 359,9 milyon manat və ya 9,1% artım deməkdir.
Göstərici bu ilin mart ayı ilə müqayisədə isə 97,8 milyon manat və ya 0,60% yüksəlib.
Ötən ilin eyni dövründə bankların biznes kreditləri portfeli 14 milyard 952,7 milyon manat, bu ilin mart ayında isə 16 milyard 214,8 milyon manat təşkil edib.