Turş naringiləri belə şirinləşdirin

31-01-2024, 09:08           
Turş naringiləri belə şirinləşdirin
Əgər evdə turş naringilər varsa, onlardan vaz keçməyə tələsməyin, bu praktik ipucunu tətbiq edin. Yaponların əsrlər boyu istifadə etdiyi bu üsulla limon kimi turş olan naringiləri belə şirinləşdirin.Turş naringiləri dərin bir qazana qoyun. Üzərinə kifayət qədər su tökün ki, naringillər suyun altında qalsın. Suyun otaq temperaturunda olması vacibdir.10 dəqiqə suda qalan naringiləri çıxarın və dadına baxın. Bu zaman naringilərin daha dadlı olduğunu görəcəksiniz. Əgər kifayət qədər şirinləşməyibsə, bir müddət suda saxlamağa davam edə bilərsiniz.Bu üsulla təkcə naringiləri deyil, portağalları da şirinləşdirmək olar. Ancaq qreypfrut üçün bu üsul yaramır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru