Monakoda ukraynalı oliqarxa qarşı sui-qəsd cəhdinin ANBAAN GÖRÜNTÜLƏRİ yayıldı VİDEO

Bu gün, 12:24           
Monakoda ukraynalı oliqarxa qarşı sui-qəsd cəhdinin ANBAAN GÖRÜNTÜLƏRİ yayıldı  VİDEO
Ötən ayın sonunda ukraynalı oliqarx Vadim Yermolayev və ailəsinə Monakoda edilən sui-qəsd cəhdinin görüntüləri yayılıb.

Bu barədə "İzvestiya" nəşri məlumat yayıb.

Bərpa olunmuş videoyazını Ukraynanın baş prokuroru Ruslan Kravçenko dərc edib. Onun sözlərinə görə, sui-qəsdi həyata keçirən şəxslər sifarişin yerinə yetirildiyini təsdiqləmək üçün əvvəlcədən hadisə yerinin yaxınlığında kamera quraşdırıblar. Daha sonra isə həmin görüntüləri məhv etməyə cəhd göstəriblər.

Xatırladaq ki, iyunun 29-da Monakoda baş vermiş partlayış nəticəsində üç nəfər xəsarət alıb. Partlayıcı qurğu evin girişində qoyulmuş bel çantasında gizlədilib. Qapı açılan anda partlayış baş verib. Hücumun hədəfi ukraynalı oliqarx Vadim Yermolayev olub.

"Le Figaro" qəzeti mənbələrə istinadən istintaqın əsas versiyalarından birinin Ukrayna Təhlükəsizlik Xidmətinin bu hadisədə əli olması ehtimalı barədə yazıb.

Sui-qəsddə ukraynalı Anastasiya Berezovska şübhəli bilinib. İyulun 7-də onun meyiti Kiyev yaxınlığında torpağa basdırılmış vəziyyətdə tapılıb və faktla bağlı cinayət işi açılıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşı qətli törətdiyini etiraf edib.

Vadim Yermolayev isə sui-qəsdin arxasında Baş Kəşfiyyat İdarəsinin dayandığını iddia edərək ailəsinin mühafizəsinin təmin olunmasını istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru