Azərbaycan ordusu dünya reytinqində neçəncidir? - Statistika

1-02-2024, 20:21           
Azərbaycan ordusu dünya reytinqində neçəncidir? - Statistika
Global Firepower Index 2024 dünyanın ən güclü ordularının reytinqini yeniləyib.

Buna əsasən, Ermənistan 102-ci, Türkiyə 8-ci, İran 14-cü, Azərbaycan 59-cu, Gürcüstan 84-cü yerdədir.

Baltikyanı ölkələr 2024-cü ildə ən güclü ordular reytinqində 85-99-cu yerləri tutublar.

Baltikyanı ölkələrdə ən güclü ordu Estoniya (85-ci yer), Litva ordusu 86-cı, Latviya milli silahlı qüvvələri isə 99-cu yerdədir.

ABŞ ordusu birinci yerdədir. İkinci yerdə Rusiya, üçüncü yerdə isə Çin ordusu qərarlaşıb.
İlk üçlük 2022-ci ildən dəyişməz olaraq qalır.

Ukrayna ordusu Bundesveri, Almaniya silahlı qüvvələrini (19-cu) qabaqlayaraq 18-ci yerdədir. Butan ordusu 145 ölkənin yer aldığı siyahıda sonuncu yerdədir.
Reytinqin yaradıcıları izah ediblər ki, ölkələrin hərbi qüdrətini qiymətləndirərkən maliyyə göstəriciləri və dövlətlərin coğrafi mövqeyi də daxil olmaqla 60-a yaxın meyar nəzərə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru