Gürcüstanın qaranlığa qərq olmasının səbəbi: İlkin hesabatda Azərbaycanın adı çəkildi

Bu gün, 10:26           
Gürcüstanın qaranlığa qərq olmasının səbəbi: İlkin hesabatda Azərbaycanın adı çəkildi
İyulun 24-də Gürcüstanda baş verən miqyaslı elektrik kəsintisinin səbəbi ölkənin enerji sisteminin Azərbaycan enerji sistemindən ayrılması ola bilər.

"Sputnik Gürcüstan" xəbər verir ki, bu barədə Gürcüstanın Energetika və Su Təchizatının Tənzimlənməsi üzrə Milli Komissiyasının aralıq hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, 24 iyul 2026-cı il tarixində Gürcüstan enerji sistemi 330 kilovoltluq elektrik ötürmə xətləri vasitəsilə Azərbaycan enerji sistemi ilə paralel rejimdə işləyirdi.

"Təxminən saat 00:10:49-da Gürcüstan enerji sisteminin Azərbaycan enerji sistemindən ayrılması baş verdi və ölkənin enerji sistemi təcrid olunmuş rejimə keçdi. Bundan sonra tezlik və gərginlik azalmağa başladı. Göstəricilər kritik həddə çatdıqdan sonra həm elektrik stansiyalarının, həm də istehlakçıların kaskad şəkildə enerjidən ayrılması baş verdi. Nəticədə, enerji sistemi tamamilə söndü", - deyə sənəddə bildirilir.

Bununla əlaqədar komissiya iki əsas məsələnin araşdırıldığını vurğulayıb:

- Azərbaycanın enerji sistemindən ayrılmaya nəyin səbəb olduğu;

- Gürcüstan enerji sisteminin təcrid olunmuş rejimdə sabit işləmək imkanına malik olub-olmaması.

Xatırladaq ki, iyulun 24-25-də Gürcüstanda genişmiqyaslı elektrik kəsintisi qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru