Rusiya yanacaq ixracına qadağanı 2027-ci ilədək uzadıb

Bu gün, 11:34           
Rusiya yanacaq ixracına qadağanı 2027-ci ilədək uzadıb
30 iyul, 2026 [19:08]Rusiya yanacaq ixracına qadağanı 2027-ci ilədək uzadıb
Rusiya hökuməti benzin, dizel yanacağı və digər neft məhsullarının ixracına qoyulan tam qadağanı 2027-ci il yanvarın 31-dək uzadıb.
Bu barədə "Sputnik" Rusiya hökumətinə istinadən məlumat yayıb.

Hökumətin açıqlamasında bildirilib ki, qərar daxili yanacaq bazarında sabitliyin qorunması və ölkədaxili tələbatın etibarlı şəkildə təmin edilməsi məqsədilə qəbul olunub.

Qeyd edək ki, Rusiya son aylarda bir sıra regionlarda yaranan yanacaq çatışmazlığı fonunda neft məhsullarının ixracına müxtəlif məhdudiyyətlər tətbiq edib. Bu tədbirlərin daxili bazarda qiymət artımının qarşısını almağa xidmət etdiyi bildirilir. (Apa.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru