"Queen"in məşhur mahnısı bir milyard dinləmə həddini keçdi VİDEO

Bu gün, 11:18           
"Queen"in məşhur mahnısı bir milyard dinləmə həddini keçdi  VİDEO
"Queen" qrupunun məşhur "Don't Stop Me Now" mahnısı "YouTube" platformasında bir milyard baxış həddini keçib.

Bu barədə "Billboard" nəşri məlumat yayıb.

Bununla da "Queen" qrupu ilk dəfə "YouTube"un "Bir Milyard Baxış Klubu"na daxil olub.

"Don't Stop Me Now" qrupun ən məşhur mahnılarından biridir. Mahnı ilk dəfə 1978-ci ildə işıq üzü görən "Jazz" albomunda yer alıb. Həmin dövrdə o, Böyük Britaniyanın musiqi hit-paradında doqquzuncu pilləyə yüksəlib.

Sonrakı illərdə mahnı bir çox film və reklam çarxlarında istifadə olunub.

2018-ci ildə "Queen" qrupunun yaradıcılığı və onun əfsanəvi solisti Freddi Merkuriyə həsr olunmuş "Bohem Rapsodiyası" ("Bohemian Rhapsody") filminin nümayişindən sonra isə mahnının populyarlığı yenidən əhəmiyyətli dərəcədə artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru