Yaralı əsgərlərin ən çox ehtiyacı olan “Morfi”

Bu gün, 15:14           
Yaralı əsgərlərin ən çox ehtiyacı olan “Morfi”
Çanaqqala müharibəsində yaralı əsgərlərin səngər arxasında ən çox ehtiyac duyduğu şey “Morfin” idi.
Həkimlər yaralı əsgərlər üçün ağrıkəsici tapmaqda çətinlik çəkirdilər.
Ona görə də növbə saxlanılırdı.
Xəstələrin əməliyyatı üçün hazırlanmış çadırın qarşısında masa qurulmuşdu.
Xərəylə gətirilən hər bir yaralı, burada masanın üstünə qoyulurdu.
Həkimin əlində şprisdə ağrıkəsici hazır dayanırdı.
Həkim sağ qalma ehtimalı olan və əməliyyat olunsa sağ qalacağına inandıqları əsgərlərə ilk müayinəni edir və ağrıkəsicilər verirdi.
Bununla belə, hər bir yaralıya ağrıkəsici lazım idi. Amma ağrıkəsicilər hamıya çatmırdı.
Həkim emosional qərarlar verməmək üçün, xəsarət alan əsgərlərin üzünə baxmazdı.
Həkim yalnız sağalma şansı yüksək olan yaralılara ağrıkəsicilər verirdi.
Bir gün həkimin qarşısına növbəti bir əsgər gətirirlər.Yaralının ağır yaralarına baxan həkim, əsgərin sağalmayacağını proqnozlaşdırır və ona ağrıkəsici dərman vermir.
Bu zaman əsgərdən inilti səsi eşidilir: - Ata… Ata…
Hamının gözü həkimdə idi. Yaralarının ağrıları içində qıvrılan əsgərin həkimin öz oğlu olduğunu bildilər.
Buna baxmayaraq, həkim oğluna ağrıkəsici vermədi və bir neçə saatdan sonra oğlu şəhid oldu.
Həkim şəhid oğlunun cansız bədənini sızıltılar içində qucaqlayaraq deyir:
“Bağışla oğlum, bu iynə sənin haqqın deyildi”
Bu torpaqlarda haqqı deyil deyə, oğlundan bir dənə ağrıkəsicini əsirgəyən o gözəl insanlar tərəfindən Vətən qurululmuşdu.
Şübhəsiz ki, Çanaqqala döyüşündə qalib gəldiyimiz, həmin tarixi məqamlardan biri də həkim Tarık Nüsrətin haqqı olmadığı üçün, öz oğluna ağrıkəsici dərman vermədiyi həmin o andır.
Tarixin tozlu səhifələrinə adları həkk olunan bütün qəhrəmanlara
sonsuz hörmət və minnətdarlıqla.
Esmira ŞÜKÜROVA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru