Paytaxtdakı ağaclar niyə küləyə tab gətirmir? - VİDEO

Bu gün, 15:18           
Paytaxtdakı ağaclar niyə küləyə tab gətirmir? - VİDEO
Paytaxtda güclü külək zamanı ağacların aşması və budaqların sınması tez-tez müşahidə olunan problemlərdəndir.

Bəs bunun əsas səbəbi nədir? Niyə Bakıdakı ağaclar bu qədər dözümsüzdür?

Baku TV-nin hazırladığı süjetdə bu məsələnin səbəblərinə aydınlıq gətirilib.


Bəzi aqronomların fikrincə, paytaxtda əkilən ağaclar Bakı iqliminə uyğun olsa da, torpaq xüsusiyyətlərinə tam uyğun gəlmir. Nəticədə ağacların kök sistemi torpağın dərin qatlarına nüfuz edə bilmir. Bu da güclü külək zamanı ağacların kökündən çıxmasına, aşmasına və ya qırılmasına səbəb olur.

Mütəxəssislər digər əsas səbəb kimi düzgün suvarmanın aparılmamasını göstərirlər. Onların sözlərinə görə, paytaxtdakı ağacların suvarılması qaydalara uyğun həyata keçirilmədiyi üçün kök sistemi kifayət qədər möhkəmlənmir və ağaclar küləyə qarşı daha həssas olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru