Kiyevdən Vaşinqtona sürpriz təklif

Bu gün, 12:41           
Kiyevdən Vaşinqtona sürpriz təklif
“Ukrayna silah tədarükü müqabilində ABŞ və Fars körfəzi ölkələrinə dron-tutucu (interceptor) pilotsuz uçuş aparatları təqdim etməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

“Ukrayna pilotsuz uçuş aparatlarına qarşı mübarizə sahəsində əhəmiyyətli texnologiya, təcrübə və işlənmiş həllərə malikdir. Kiyevlə əməkdaşlıq həm ABŞ, həm də Yaxın Şərq ölkələri üçün maraqlıdır və belə tərəfdaşlıq qarşılıqlı fayda verə bilər”, – deyə bildirilib.

“Politico” həmçinin qeyd edib ki, ABŞ Ukrayna münaqişəsinin nizamlanması və Hörmüz boğazı vasitəsilə neft tədarükünün bərpası istiqamətində imkanlarını tükəndirə bilər.

Bundan əlavə, nəşr Şərqi Avropa ölkələrindən birinin rəsmisinin açıqlamasına da yer verib.

O bildirib ki, ölkəsinin parlamenti münaqişədə iştirakın dəstəklənməsini təsdiqləyib, lakin bunun ABŞ üçün müəyyən şərtləri olacaq.

Həmin şərtlər arasında ABŞ-ın Baltikyanı ölkələrdə hərbi mövcudluğunu gücləndirməsi, xüsusilə batalyon əvəzinə daha böyük hərbi briqada yerləşdirməsi və ya bölgədə batalyonların sayını artıraraq onları uzunmüddətli əsasda saxlaması yer alır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru