Dr. Gülnar Abdullayeva- Yeni nəsil Azərbaycan alimlərinin ən görkəmli nümayəndələrindən biri

Bu gün, 15:08           
Dr. Gülnar Abdullayeva-
Tanış olun
Dr. Gülnar Abdullayeva: 1995-ci ildə anadan olub. Orta məktəbi fərqlənmə diplomu ilə bitirib. O, beynəlxalq elmi ictimaiyyətdə onkologiya və molekulyar biologiya sahəsindəki tədqiqatları ilə tanınan yeni nəsil Azərbaycan alimlərinin ən görkəmli nümayəndələrindən biridir. 2012-ci ildən 2016-cı ilə qədər Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir. Üç il ardıcıl olaraq "İlin ən yaxşı tələbəsi" seçilmişdir. Magistr dərəcəsi: 2016-cı ildən 2018-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda (IMBB) Molekulyar Biologiya ixtisası üzrə təhsil almışdır.
Akademik Nailiyyət və Oksford Təqaüdü: 2018-ci ildə Gülnar xaricdə doktorantura təhsili üçün nüfuzlu İslam İnkişaf Bankının (İİB) təqaüdünü qazanmışdır. Oksfordda doktorantura təhsili: 2019-cu ildə Oksford Universitetinin Onkologiya kafedrasına daxil olmuşdur.
O, Oksfordun ən qədim və ən məşhur kolleclərindən biri olan Kellogg Kollecində tədqiqat aparıb.
Atilla












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru