ABŞ-nin müttəfiqləri İranla münaqişədə hərbi dəstək verməkdən çəkinirlər

Bu gün, 12:18           
ABŞ-nin müttəfiqləri İranla münaqişədə hərbi dəstək verməkdən çəkinirlər
Vaşinqtonun müttəfiqləri İranla davam edən münaqişədə Birləşmiş Ştatlara birbaşa hərbi kömək göstərmək niyyətində deyillər.

Bu barədə diplomatik mənbələrə istinadən "Politico" nəşri məlumat yayıb.

Məqalədə qeyd olunur ki, ABŞ-nin bir çox tərəfdaşı İranla müharibənin başa çatmasını gözləməyə üstünlük verir.

"Halbuki Tramp Administrasiyası sürətlə nəzarətdən çıxan bu böhranın həlli üçün onların dəstəyinə ehtiyac olduğunu bildirir", - deyə məqalədə vurğulanır.

Nəşrdə qeyd olunub ki, Avropa və Asiya diplomatlarının sözlərinə görə, Vaşinqtonla Tehran qarşılıqlı hücumları dayandırmaq barədə razılığa gəlməyənə qədər həmin ölkələr öz vətəndaşlarının təhlükəsizliyini riskə atmaq istəmirlər.

Yazıda bildirilir ki, ABŞ-nin ənənəvi müttəfiqləri Vaşinqtondan uzunmüddətli atəşkəs və ya digər vədlər şəklində zəmanət almayana qədər hər hansı birbaşa köməklik göstərməkdən çəkinirlər. Qəzetin Avropa diplomatları arasındakı mənbələrindən biri xüsusilə qeyd edib ki, əgər Amerika tərəfi Baltikyanı ölkələrdəki hərbi mövcudluğunu artırmağa razılaşarsa, onun təmsil etdiyi dövlət İranla münaqişədə ABŞ-yə daha fəal dəstək verməyə hazırdır.

Nəşr, eyni zamanda, ukraynalı bir rəsminin fikirlərinə də yer verib. Onun sözlərinə görə, Ukrayna tərəfi PUA-lara qarşı mübarizə texnologiyalarını Vaşinqton və onun Yaxın Şərqdəki müttəfiqlərinə təqdim edə bilər, xüsusən də əgər rəsmi Kiyev bunun müqabilində silah alarsa.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru