Vaxtı keçmiş və istehlaka yararsız məhsullar Veysəloğlu Şirkətlər Qrupu tərəfindən necə məhv edilir?.. - VİDEO

16-10-2025, 12:51           
Vaxtı keçmiş və istehlaka yararsız məhsullar Veysəloğlu Şirkətlər Qrupu tərəfindən necə məhv edilir?.. - VİDEO
Cəmiyyətdə bəzən böyük market şəbəkələri ilə bağlı yanlış təsəvvür formalaşır – guya bu şəbəkələr vaxtı keçmiş və istifadəyə yararsız məhsulları yenidən satışa çıxarır.

TEREF xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupu tərəfindən təqdim edilən reportaj isə bu iddiaların tamamilə əsassız olduğunu faktlarla nümayiş etdirir.

Şirkətin məlumatına görə, hər ay milyonlarla manat dəyərində məhsul istehlaka yararsız hesab edilərək satışdan çıxarılır və xüsusi qaydada məhv edilir. 2024-cü ildə bu məqsədlə məhv edilən məhsulların ümumi dəyəri 24,8 milyon manat, 2025-ci ilin ilk səkkiz ayı ərzində isə 21,1 milyon manat təşkil edib.

Göründüyü kimi, bu rəqəmlər kifayət qədər böyük olsa da, şirkət bu prosesi istehlakçıların təhlükəsizliyi və məhsul keyfiyyətinin qorunması naminə zəruri hesab edir. Veysəloğlu Şirkətlər Qrupu müasir və innovativ həllər vasitəsilə bu itkiləri minimuma endirmək istiqamətində ardıcıl addımlar atır.

Mövzu ilə bağlı hazırlanan ətraflı videoreportajı təqdim edirik:














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru