Hansı polislər elektroşokdan istifadə edə bilər? - SİYAHI

30-07-2015, 11:14           
Hansı polislər elektroşokdan istifadə edə bilər? - SİYAHI
Azərbaycan Respublikası Nazirlər Kabineti “Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin Siyahısı”nı təsdiq edib.

AzVision.az Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş nazir Artur Rasi-zadənin imzaladığı qərara əsasən, elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısı aşağıdakı kimidir:

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Komendant Xidmətinin rəisi, inzibati binaların təhlükəsizliyini təmin edən nizami polis hissəsinin komandiri, komandirin müavini, xidmət üzrə baş inspektoru, xidmət üzrə inspektoru, manqa komandirləri və polis nəfərləri.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı nizami polis hissələrinin komandirləri, komandirlərinin müavinləri, sıravi, kiçik, orta və böyük rəis heyətindən olan digər əməkdaşları.

3. Azərbaycan Respublikasınыn Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan nizami polis hissələrinin (alay, tabor, bölük, taqım, manqa) komandirləri, komandirlərinin müavinləri, xidmət üzrə baş inspektorları.

4. Müvəqqəti saxlama yerlərinin konvoy xidmətlərinin əməkdaşları.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]